Arxiv
18 Yanvar 2019, 12:30 | AKTUAL
İranlı generalın Bakıdan Ermənistana verdiyi MESAJLAR

“Prezident İlham Əliyev yanvarın 16-da İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerini iqamətgahında qəbul etdi. Prezident Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. Həqiqətən Iran-Azərbaycan əlaqələri indiki qədər intensiv olmamışdı”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, son illər ərzində İran və Azərbaycan prezidentləri arasında 10-dan çox görüş keçirilib:

 

“Bu il ərzində Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü də nəzərdə tutulub. Budəfəki görüş yeri Moskvadır.

 

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da Məhəmməd Baqeri ilə görüşdü. Oqtay Əsədov iranlı qonaqla görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafından danışdı. Oqtay Əsədov özü də bu yaxınlarda Tehranda səfərdə olmuş və prezident Həsən Ruhani tərəfindən qəbul edilmişdi. Xatırlatmaq lazımdır ki, İran prezidentləri Tehranda nadir hallarda xarici ölkələrin parlament sədrləri və ya nazirləri ilə görüşürlər. Ancaq İran prezidenti Azərbaycan üçün istisna etdi. Digər tərəfdən Azərbaycan rəsmilərinin Tehrana səfərlərinin proqramının hazırlanmasında İranın Azərbaycandakı səfiri, əslən azərbaycanlı Cavad Cahangirzadə fəal iştirak edir. Cavad Cahangirzadə səfir olmasına baxmayaraq, İranın yüksək vəzifəli şəxsləri, o cümlədən İran parlamentinin sədri Əli Laricani ilə sıx əlaqələri var və o bu əlaqələrdən istifadə edərək iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirməyə çalışır.

İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri Bakıda maraqlı açıqlama verdi. Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

 

İran rəsmiləri əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulamışdılar. Ancaq Məhəmməd Baqeri bu dəfə Qarabağla bağlı açıqlamanı elə dedi ki, sanki Tehran Qarabağ məsələsində Azərbaycana dəstəyi artırmağa hazırdır. Digər tərəfdən, İran ordusunun baş qərargah rəisi Qarabağla bağlı açıqlamanı xüsusi vurğulamaq üçün Bakıda televiziya jurnalistləri (içərilərində İranın televiziya kanallarının əməkdaşları da çox idi) üçün qısa birifinq keçirdi. Yəni sanki Məhəmməd Baqeri istəyirdi ki, onun Qarabağla bağlı açıqlamasını hamı eşitsin”.

Politoloq Məhəmməd Baqerinin Azərbaycana dəstək açıqlamasının səbəblərini də izah edib:

 

“Birincisi, Məhəmməd Baqeri əslən azərbaycanlıdır, Təbrizdə doğulub. İran hakimiyyətində və dini dairələrində azərbaycanlıların sayı az deyil. Əlbəttə, bu azərbaycanlıların bir qismi İranın milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Ancaq hətta həmin azərbaycanlılar görürlər ki, İranda heç də hər şey qaydasında deyil və onların bir qismi azərbaycanlıların təbii maraqlarına simpatiya ilə yanaşırlar. Həmin azərbaycanlıların bir qismi İranın Ermənistanla əlaqələrinə də xoş baxmaya bilərlər. Mümkündür ki, Məhəmməd Baqeri bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana qətiyyətli dəstəyi Bakıda vurğulamağı lazım bilib. Baqeri Bakıdakı açıqlamasını İran prezidenti və ya ali dini lideri ilə razılaşdırmaya da bilərdi. Baqerinin açıqlaması öz liderlərinə mesaj əhəmiyyəti də daşıya bilərdi, yəni Tehran Ermənistanla münasibətlərdə Azərbaycan torpaqlarının işğalı amilini unutmamalıdır.

 

İkincisi, Məhəmməd Baqerinin açıqlaması Tehranın düşünülmüş siyasəti də ola bilər. Moskva kimi Tehran da Ermənistanın yeni baş naziri Nikol Paşinyanın xarici siyasətindən narazı ola bilər. Ermənistan hakimiyyətindəki “Qarabağ klanı” 20 il həm Moskvanı, həm də Tehranı qane edirdi. Çünki, “Qarabağ klanı” Moskva ilə Tehranın oyun qaydalarını qəbul etmişdi. Paşinyan “Qarabağ klanının” cızdığı oyun qaydalarını qəbul etmir. Ona görə də Tehran Paşinyana ehtiyatla yanaşır. Mümkündür ki, Tehran Azərbaycana dəstəyini bir qədər artırmaqla Paşinyana təzyiq etmiş olur. Bu halda Məhəmməd Baqerininin açıqlaması Tehranın Paşinyana təzyiq vasitəsinin tərkib hissəsidir”.

 

Son bir il ərzində İrandan Azərbaycana gələn yüksək rütbəli hərbçilərin sayının artdığını vurğulayan E. Şahinoğlu bildirib ki, görünür, Tehran bu yolla Azərbaycanın ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacağına əmin olmaq istəyir:

 

“Rəsmi Bakı hər dəfə deyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq, üçüncü dövlətlərin əlində alət olmayacaq və s. Ancaq bu açıqlamalar heç də həmişə İran rəsmilərini və hərbçilərini rahatlatmır. Ona görə də onlar hər dəfə Bakıya gəlir və eyni açıqlamaları Azərbaycan rəsmilərinin dillərindən eşitmək istəyirlər. Məhəmməd Baqeri də bunun qarşılığında Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiklərini söylədi. Ancaq Azərbaycan üçün bu azdır. Azərbaycanın Tehrandan gözləntisi budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla diplomatik əlaqələri kəssin, sərhəddi qapatsın. İran belə bir addım atarsa bu Nikol Paşinyanın Qarabağ siyasətini ciddi korrektəyə məcbur edə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti  77 dollara satılır  24 Aprel 2019, 23:32 ABŞ hərbçiləri Meksika ilə sərhədə göndərildi 24 Aprel 2019, 23:16 Azərbaycandan Həccə getmək üçün 500 müraciət edilib 24 Aprel 2019, 22:55 Gürcüstanda metroda yanğın 24 Aprel 2019, 22:43 26 binadan sakinlər təxliyə edildi - UÇQUN TƏHLÜKƏSİ 24 Aprel 2019, 22:26 Fəhlə işlədiyi zavodda qətlə yetirildi 24 Aprel 2019, 22:12 ABŞ-dan İrana ittiham 24 Aprel 2019, 21:47 Moskvada rekord istilər 24 Aprel 2019, 21:28 Salyanda  çayda batan müəllimə intihar edib - YENİLƏNİB 24 Aprel 2019, 21:22 Planetin ən gözəl qadını - FOTO 24 Aprel 2019, 21:15 İrlandiyalı jurnalistin ölümündə bu təşkilat günahkardır 24 Aprel 2019, 21:06 Çernobıl faciəsinin 33 illiyi anıldı - FOTOLAR 24 Aprel 2019, 20:45 Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi 24 Aprel 2019, 20:31 Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI 24 Aprel 2019, 20:13 Prezidentin səlahiyyəti azaldılır 24 Aprel 2019, 20:01 FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb - SİYAHI 24 Aprel 2019, 19:46 DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA   24 Aprel 2019, 19:31 Lavrovla ATƏT-in baş katibi Qarabağ münaqişəsindən DANIŞDI 24 Aprel 2019, 19:12 Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı 24 Aprel 2019, 19:06 Yol polisindən sürücü və piyadalara MÜRACİƏT - FOTOLAR   24 Aprel 2019, 18:53 Goranboy icra başçısı “Region Aqropark”da olub   24 Aprel 2019, 18:36 Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb” 24 Aprel 2019, 18:21 Zərərvericilərə qarşı bioloji mübarizədə YENİLİK 24 Aprel 2019, 17:52 “Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU - VİDEO   24 Aprel 2019, 17:39 İcra başçısı tapşırıq verdi 24 Aprel 2019, 17:39 AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi 24 Aprel 2019, 17:36 Tramp ermənilərin arzusunu ürəyində qoydu 24 Aprel 2019, 17:35 Polis intihar etmək istəyən şəxsin həyatını xilas etdi 24 Aprel 2019, 17:23 Deputat: “Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir”   24 Aprel 2019, 17:22 Manat və dollar sabah bu məzənnədə olacaq 24 Aprel 2019, 17:18 Mətbuat Şurası “Təzadlar” qəzetinin adını yenidən “qara siyahı”ya SALDI 24 Aprel 2019, 17:12 Övladlığagötürmə ilə bağlı yeni TƏLƏBLƏR 24 Aprel 2019, 17:07 Zaqatalada heyvanlar peyvəndləndi 24 Aprel 2019, 16:51 İlham Əliyev Çin Xalq Respublikasının Sədrini Azərbaycana dəvət etdi - YENİLƏNİB 24 Aprel 2019, 16:49 UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş  konfrans keçirildi   24 Aprel 2019, 16:45