Modern.az

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi

18 Yanvar 2019, 13:57

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının  (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin  (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb.

 

Bu haqda Modern.az-a Energetika Nazirliyindən məlumat verilib.

 

OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda  Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub.

Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib.  

 

2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal  iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi