Arxiv
18 Yanvar 2019, 14:22 | AKTUAL
Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması

Elməddin Behbud

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli ölçüdə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada inkişafından narahat olan antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil.

Bunlar demək olar ki, fasiləyə çıxmadan çalışırlar. Sadəcə biz bu cinahın bəzən yaxın, bəzən də uzaq məsafədən açdığı atəşin səsini eşidirik. Mövzuyla bağlı vurğulanması vacib olan bir neçə önəmli məsələ var. Bunlarla bağlı fikirlərimi geniş şəkildə yazmağa xüsusi ehtiyac görmədiyimdən sadəcə bir neçə məqamın üzərində dayanacam. Regionda geosiyasi aktorların gedişlərini davamlı izləyənlər yaxşı anlayır ki, ölkəmizlə münasibətlərin pisləşməsinə xidmət edən bolşeviklərin Azərbaycanı işğal etdikləri ilk dövrlərdə irəli sürdükləri "rədd olsun papaq, yaşasın kepka" devizindən daha məntiqsiz görünən "rədd olsun bir pors, yaşasın yarım pors" sərsəmliyi və prinsipsizliyilə ilə "aclıq" aksiyası keçirdiyi iddia olunanın müdafiəsi üçün qəbul olunduğu deyilən dünənki qətnamə heç Avropa İttifaqının da mənafeyinə xidmət etmir. Bu baxımdan məlum qətnamənin qəbulu bir yandan Avropa Parlamentinin deputatlarının birtərəfli qaydada və yanlış informasiya vasitəsilə yönləndirilməsindən qaynaqlanırsa, digər tərəfdən isə məlum "aclıq aksiyası" şousunun öncədən planlaşdırıldığının və müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir. Bu əsnada təbii ki, beşinci kalonun fəallığını artırmasını da diqqətdən kəbarda qoymaq olmaz.
Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevirilməməsi şərtilə) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistanın cinayətkar hakimiyyətinə qarşı sanksiya tətbiqindən yayınan bir qurumun bu tip qərarlarının səmimiyyətinə inandıra bilməz! 
Rəsmi qurumların açıqlamalarını bir kənara qoya bilərik, bəs Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstromun müzakirələr zamanı etdiyi çıxışda Aİ ölkələrinin Azərbaycandakı diplomatlarının Mehman Hüseynova baş çəkdiyini və onun aclıq aksiyasını dayandırdığını deməsinin də antiazərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmamasını necə izah edək?! 

Əminəm ki, Cənab Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunmasıyla bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəsət xarici dairələrin alətinə çevrilənlərin iştirak etdiyi bu "layihəni" də uğursuzluqla bitirəcək və Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq. Bu birmənalıdır! Ancaq bir məsələnin üzərindən sükutla keçsəm olmaz. Qətnamədə xüsusi vurğulanan məqamlardan biri də ölkəmizdə LGBT "icma"sı adlanan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müddəanın olmasıdır. Görəsən Azərbaycan əlehinə qəbul edilən hər bir sənədi doğum günləri kimi sevinclə qeyd edən radikallar bu qətnamənin hansı tələbinə görə daha çox şad olublar?!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şri-Lankada 6 partlayış: 42 ölü 21 Aprel 2019, 10:08 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanları verir 21 Aprel 2019, 09:21 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02