Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı SalamNews İnformasiya Agentliyinin müxbiri Orxan Kərimovdur.
Kərimov Orxan Elxan oğlu 29 may 1987-ci ildə Bakıda anadan olub. Əslən bakılıdır. Nərimanov rayonunda 202 saylı orta məktəbdə təhsil alıb. 2007-ci ildə özəl şirkətlərin birində mətbuat şöbəsində çalışıb. 2009-cu ildən sırf jurnalistika fəaliyyəti ilə məşğul olur. 2010-cu ildən bu vaxta qədər SalamNews İnformasiya Agentliyində işləyir. 2015-2018-ci illərdə müxtəlif ölkələrdə (İngiltərə, Gürcüstan, Türkiyə və s) jurnalistika ilə bağlı treninqlərdə iştirak edib. Bu vaxta qədər əksər dövlət və özəl qurumlar tərəfindən hazırladığı reportajalara görə mükafatlandırılıb. Ali təhsillidir, ailəlidir, bir övladı var.
- Necə oldu ki, bu sahəni seçdin?
- Jurnalistikaya marağım öncə ailədən gəlir. Ailəmizdə atam Elxan Kərimov uzun müddət Azərbaycan mediasında çalışıb. Məhz bu amil bizi jurnalist olmağa maraq yaradıb. Bundan başqa digər 2 qardaşım da media sahəsində çalışır.
- Sənin fikrincə, jurnalist olmaq üçün mütləq jurnalistikanı oxumaq lazımdı?
- Fikrimcə hazırkı zamanda jurnalist olmaq üçün jurnalistikanı oxumağa çox da ehtiyac yoxdur. Düzdür, bu sahənin tam dərinliyini bilmək üçün jurnalistikanı oxumaq lazımdır. Lakin, hazırkı trend onu göstərir ki, mediada olan tanınmış, peşəkar jurnalistlər tamam başqa sahələrdə təhsil alıblar.
- Mərhum atanız tanınmış fotoqraf olub, ondan nələr öyrənmisən?
- Atam Elxan Kərimov 30 ildən çox mətbuatda çalışıb. Onun çəkdiyi fotolar müxtəlif qəzet, jurnallarda, həmçinin beynəlxalq mediada dərc edilib. Onun çəkdiyi fotolardan bu gün də istifadə edilir. Qardaşım peşəkar fotoqrafdı, lakin mən həvəskaram.
- Xasiyyətcə necə birisən?
- Məni tanıyanlar bilir, xasiyyətcə mehriban adamam. Özümdə xoşuma gələn xüsusiyyət küsəyən olmamağımdır. Kimlərləsə küsülü qalmağı heç xoşlamıram. Arada hansısa anlaşılmazlıq olursa, çalışıram bir yolla həll edim.
- Bəzən jurnalistlər müəyyən yaşdan sonra bu sahəni tərk edir, sən də nə zamansa bu sahədən getməyi düşünürsən?
- Hazırda jurnalistika sahəsini tərk etməyi düşünmürəm. Düzdür, bu vaxta qədər mənə bir neçə özəl qurumdan müxtəlif iş təklifləri gəlib, öz işimi sevdiyimdən həmin işlərə yox cavabını vermişəm. Lakin, gələcəkdə başqa bir işə keçməyi istisna etmirəm.
- Hər bir adamın qarşısına qoyduğu hədəflər olur, sənin hədəflərin nələrdir? Hədəflərinə çatmaq üçün hansı addımlar atırsan?
- Qarşıma qoyduğum hədəflər bu sahəni daha da peşəkarcasına öyrənməkdir. Hazırkı dönəmdə də il ərzində həm yerli həm də xarici təlimlərdə iştirak edirəm. Bu təlimlərin keçirilməsi peşəkar jurnalist kimi yetişməyə kömək olur. Hər gün yeni-yeni qaydalar çıxır. Zamanın nəbzini tutmaq üçün də gərək onları öyrənəsən.
- Azərbaycan jurnalistikasında kimləri özünə örnək görürsən?
- Azərbaycan jurnalistikasında çox peşəkarlar var. Mən daim onların yazılarını, müsahibələrini izləyirəm. Bunlardan, "Zerkalo" qəzetinin baş rekdatoru Elçin Şıxlı, "Kaspi" qəzetinin redaktoru, İlham Quliyev, Modern.az Xəbər Agentliyinin rəhbəri Elşad Eyvazlı, "Azadinform" agentliyinin baş redaktoru Niyaz Niftiyevi qeyd edə bilərəm.
- Jurnalistika sənə nələri qazandırıb?
- Jurnalistikaya gəlməyə heç vaxt peşman deyiləm. Bu sahə mənə çox uğur qazandırıb. Bu sahə mənə həyata, cəmiyyətə baxış bucağını öyrədib. Çoxlu əziz dostlar, hətta deyərdim bir çox tanınmış məmur olan dostlar qazandırıb. Mən öz işimi sevirəm və bununla fəxr edirəm.
- Dünyanın hansı ölkələrində olmusan? Səyahət etdiyin ölkələrdən hansına yenidən getmək istərdin?
- Bu vaxta qədər İngiltərə, İspaniya, Almaniya, Çexiya, Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan və s yerlərdə olmuşam. ABŞ-da, Avstraliya və Koreyada olmamışam, çox istəyirəm olum. Amma səfər etdiyim ölkələr arasında İngiltərəyə yenidən getmək istərdim. Hər bir ölkənin özünə məxsus mədəniyyəti, adət-ənənəsi var. Mən hər bir səfərdə bir yenilik əldə edirəm. Bu yenilik həm peşə fəaliyyətimlə bağlıdır həm də həyat tərzimlə.
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
Masallıda zəlzələ oldu
Sirkə turşusu içərək özünə qəsd etdi
Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
Azərbaycan nefti bahalaşdı
Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
Güclü külək Şamaxıya da ziyan vurdu
Bakıda 26 yaşlı oğlan itkin düşüb
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
Güclü külək Mingəçevirdə fəsadlar törətdi
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev
Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Dəmir yolu ilə yük daşımaları artıb
“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
Suriyada partlayış: 9 ölü
Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
Bakıda işə gedən kişi itkin düşdü
Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı
Əhalinin gəlirləri 6%-dən çox artıb
99 dövlət əmlakı özəlləşmədə - VAXT
Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
İlk verilişin ilk təəssüratı
Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər
Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
Tələbələr 9 quruma təcrübəyə göndərildilər
Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
Manatın sabaha olan məzənnəsi
Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU
“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
Şərh yaz