Modern.az

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

18 Yanvar 2019, 14:48

"Yanvarın 18-i saat 14:00-a olan məlumata əsasən, ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib".

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

 

U.Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarmadasında küləyin sürəti 16-20 metrdən artıq deyil:

 

"Açıq dənizdə dalğanın hündürlüyü 3.6-5 metr arasındadır. Külək axşam saatlarına qədər daha da səngiyəcək. Bu gün havanın temperaturu 5 dərəcəyə qədər artacaq".

 

Departament direktoru qeyd edib ki, növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək, sonrakı günlərdə daha artıq olacaq.

O bildirib ki, yanvarın 17-18-də ən təhlükəli və güclü gülək Bakıda və Abşeron yarımadasında müşahidə olunub.

 

"Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 40 metrə çatıb. Rayonlarda daha az sürətli külək müşahidə olunub, bəzi rayonlarda nisbətən güclü olub. Küləyin maksimal sürəti saniyədə 28 metrdən çox olmayıb".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır