Modern.az

O günlərin ağrıları

O günlərin ağrıları

Aktual

18 Yanvar 2019, 15:55

Hidayət Elvüsal


Görmüşük cana dəyən güllənin yeri qan verər, ağrıyar. Dəyməyən güllələrin yeri ağrıyır. Sənə, mənə, ona deyil, məhz BİZƏ dəymiş güllələrin yeri hələ də ağrıyır. 30 ilə yaxındır ki, bu yara qaysaq bağlamış. 30 ilə yaxındır ki, Qərənfilin göz yaşları qurumur. 30 ilə yaxındır ki, and içəndə üzümüzü AND yerinə tuturuq. “Leyli-Məcnun” məhəbbətinin sübutunu da orada, o AND yerində… İlham və Fərizənin timsalında hamı görüb. Görüb ki, bu millət cəsarətin, qətiyyətin və böyük məhəbbətin nə olduğunu bütün dünyaya bir daha bəyan edib.

Bizi güllələdilər, qırdılar, amma sındıra bilmədilər. Azadlıq yolundan dönmədik. Müstəqil olduq. Ən ali qurumlardan səsimiz ucaldı. Çoxları bizə möhtac oldu, qapımızı döydü. Qarşıladıq. Kömək əli uzaqdıq.

Xəyanət edənləri peşiman etdik. İndi çörək tapmırlar. Onun-bunun qapısında yüzillər boyu necə diləniblərsə, indi də dilənirlər. Azərbaycanın gücünü görən kimi, küçük kimi zingildəyib, ondan-bundan kömək umurlar. Və bu xəyanətkarlar bilirlər ki, təkbətək qalarıqsa… onlar yer üzündə qalmaz. Buna görə onları tək buraxmırlar. Nə vaxta qədər?

Uşaq uşaqdır, onu da bir vaxta kimi əzizləyirlər, böyüdürlər, sonra deyirlər ki, get başının çarəsinə bax. Baxa bilmirlər. Onlar qucağa öyrəşiblər. Müstəqil ola bilmirlər. Dilənib-dolanmaq adətləridir. Gecə-gündüz bizə ağızları sulana-sulana baxırlar.

Bax, 30 il əvvəlki faciələrimizin bəhanələrindən biri də bu xəyanətkar qonşulardır. Torpaq, çörək verdiyimiz qonşular. Əslində qonaq olan qonşular.

İndi də dəyməyən güllələrin yeri canımızı ağrıdır. Dəyən güllələr qəzəbini bəlkə də soyudub - kiminin ürəyində, kiminin sinəsində, kiminin ciyərində. Güllələrin qəzəbini qanı ilə soyudan igidlərimiz şəhidlərimiz AND yerimizdə, ürəyimizin başında, yaddaşımızdadır. Bayrağımızda həmişə yaşardırlar.

Bir il də keçəcək - 30 il olacaq. Sonra 50, 100, 1000… Unudacağıqmı? Gələcək nəsillərə dəyməyən, əsrlərin bu üzündə qalan güllələr onların da canını ağrıdacaqmı? Əgər ağrıtmasa, bu faciələr təkrar-təkrar yaşanacaq. Rəzil erməni bicliyi, bircə anda erməni faşizminə dönə bilir. Ümumiyyətlə isə faşizm ermənilərin qanında, genindədir. Bizi onlarla “dost” etmək istəyənlər unutmasınlar - erməni məqam axtaran yırtıcıdır. Nə qədər yaltaqdırsa, o qədər də əzazildir, cəlladdır. Nə qədər dostdursa, o qədər də düşməndir.

20 yanvar erməni bəhanəsi ilə tökülən qanımızdır. Sonralar daha nələr uydurmadılar. Ən şərəfsiz ordu silahsız xalqın üstünə gələn ordudur. 20 yanvardakı kimi. Xocalı faciəsindəki kimi. Heç vaxt, heç bir ordu Azərbaycanın üstünə şərəflə, haqla gəlməyib. Ya xəyanət, ya bəhanə, ya da müstəmləkə xəyalları ilə bu torpağı qanla sulayıblar.

…Bax, yenə o dəyməyən güllələrin yeri canımızı ağrıdır. Qanımız göz yaşına dönüb, axdıqca axır. Hər il bu zaman qərənfillər ağlayır. Matəmmi, yoxsa milli dirçəliş, mübarizə, qələbə bayramıdırmı?! Demək çətindir. Kədər və sevinc bir yerdədir. Şəhidlərimizə ağlayır, onların qələbəsi ilə qürur duyuruq.

30 ilə yaxındır ki, belədir. 100 illər, 1000 illər boyu da belə olacaq!

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir