Modern.az

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

18 Yanvar 2019, 16:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 18-də İmişli rayonunda vətəndaşları qəbul edib.

 

Modern.az xəbər verir ki, qəbulda İmişli, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar iştirak ediblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə xatırladılıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür, onlar üçün hər cür infrastrukturu olan yaşayış komplekslərinin inşası davam etdirilir. Bu il Beyləqan, Şirvan və digər yerlərdə belə yeni qəsəbələr istifadəyə veriləcəkdir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə, ilk növbədə, yeni evlərə və mənzillərə hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələr köçürülür. Köçürülmə prosesinin ədalətli və şəffaf şəkildə aparılmasına ölkə rəhbərliyi tərəfindən ciddi nəzarət təmin olunur.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır