Modern.az

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

18 Yanvar 2019, 16:42

Milli Məclisin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin növbəti komitəsinin - Səhiyyə komitəsinin ilk iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclası giriş nitqi ilə açan komitənin sədri, Əhliman Əmiraslanov bildirib ki, 2018-ci ilin payız sessiyasında komitənin 10 iclası keçirilib və bu iclaslarda 15 məsələ müzakirə edilib ki, onlardan da 7-i qanun layihəsi olub.

 

Eyni zamanda, sessiya dövründə komitəyə 105 şikayət ərizəsi daxil olub ki, onlardan da 100-nə baxılıb, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

 

Komitə sədri həmçinin vurğulayıb ki, sessiya ərzində 40 vətəndaş qəbul edilib. Ə.Əmiraslanov 2019-cu ilin qanunvericilik işləri planı barədə məlumat verərək bildirib ki, sessiya ərzində üç yeni qanun layihəsinin - “Reproduktiv sağlamlıq haqqında”, “Optika və optikaçılıq haqqında” və “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunvericilik aktlarının müzakirəsi nəzərdə tutulub.

 

Komitə sədri deyib ki, eyni zamanda sessiya dövründə bəzi qanunlara dəyişiklikləri və əlavələri nəzərdə tutan qanun layihələrinin də müzakirəsi mümkün ola bilər.

 

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır