Modern.az

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü

Aktual

19 Yanvar 2019, 10:58

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman  Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Faktla bağlı RPŞ-də araşdırma aparılır

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır