Modern.az

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO

19 Yanvar 2019, 13:01

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu gün Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür.

 

Modern.az xəbər verir ki, faciənin ildönümündə LDU-nun professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində salınan Şəhidlər Xatirə Kompleksini ziyarət edib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidlərin ruhunu ehtiramla anıb, abidə  kompleksin önünə təzə-tər qərənfillər düzülüb.

 

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət  Universitetində (LDU)  anım tədbiri də keçirilib.Tədbir iştirakçıları ilk öncə günahsız  faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə  1990-cı ilin 20 Yanvar gecəsində baş verən  qanlı hadisələri əks etdirilən videoçarx nümayiş olunub.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında  20 Yanvar tarixini faciə günü kimi yox,  xalqın qanla yazılan qəhrəmanlıq  salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib.

 

20 Yanvar faciəsinin baş vermə səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə və çıxışlar dinlənilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir