Modern.az

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 

19 Yanvar 2019, 13:55

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Honda Odyssey" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində 1 ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır