Modern.az

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ  

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ   

Mədəni̇yyət

19 Yanvar 2019, 15:55

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda 2019-cu ili “Nəsimi ili” elan etməsindən sonra dahi şairin yaradıcılığı ilə bağlı bir sıra işlər görülür.

 

Bununla yanaşı, böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının bu gün hansı vəziyyətdə olması maraqlandırır.

 

Modern.az bu mövqedən çıxış edərək Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nəsimin məzarından son görüntüləri əldə edib.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva bu addımı peşəkar jurnalistikaya örnək kimi qiymətləndirib:

 

“Təbii ki, bunu çox yüksək dəyərləndirirəm. Bu addım yüksək keyfiyyətlərdən xəbər verir və ilk növbədə vətəndaşlıq mövqeyi, azərbaycanlı olmağın qürurudur. Deyərdim ki, peşəkar jurnalistika nümunəsi hesab ediləcək addımdır. Ədəbiyyatımıza sevgini göstərir. Nəsiminin məqbərəsindən fotoları əldə etmək yalnız peşəsinə böyük vurğunluq, ehtiram, eyni zamanda dövlətinə sevgidir.

 

Bilirik ki, cənab Prezident 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında  tarixi sərəncam imzalandı. Bu, Prezidentin Azərbaycan ədəbiyyatına verdiyi qiymət idi. Bu sərəncamdan irəli gələn tapşırıqları sadəcə əlaqədar qurumlar deyil, vətəndaşlar da yerinə yetirməlidirlər. Bu gün Modern.az-ın ortaya qoyduğu iş isə düşünürəm ki, elə cənab Prezidentin sərəncamına xidmət etməkdir.

 

Qeyd edək ki, böyük şairin məzarının yerləşdiyi Hələb hələ də təhlükəli bölgə olaraq qalır, burada tez-tez atışmalar olur. Bəzi iddialara görə, Nəsimin məzarı dağıdılıb. Lakin əldə edilən fotolar  məzarın zədə alsa da, dağıdılmadığını göstərib.

 

Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Modern.az-ın addımını çox yüksək qiymətləndirdiyini bildirib:

 

“Nəsimi bizim  böyük söz ustadlarımızdan biridir. Onun məzarı ilə maraqlanmaq mənəvi borcumuzdur. Bunu sadəcə alqışlamaq lazımdır. Hətta onun məzarının köçürülməsi məsələsi də qaldırılıb. Hər halda belə böyük şairin məzarını diqqətdə saxlamaq alqışlanacaq addımdır”.

 

O, Nəsiminin məzarının daim diqqətdə saxlanması ilə bağlı orijinal təklif də edib:

 

“Düşünürəm ki, Azərbaycan hökuməti də bu məsəl ilə maraqlanacaq. Məsələn, Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarları Fransadadır. Mən keçən il onları ziyarət etdim. Azərbaycan höküməti o məzarlara qəbirüstü abidə qoyub, başdaşı yazıları var. Fikrimcə, bu məsələyə də Azərbaycan höküməti, Xarici İşlər Nazirliyi münasibət bildirəcək”.

 

Qeyd edək ki, böyük şairin məzarının yerləşdiyi Hələb hələ də təhlükəli bölgə olaraq qalır, burada tez-tez atışmalar olur. Bəzi iddialara görə, Nəsimin məzarı dağıdılıb. Lakin əldə edilən fotolardan aydın olur ki, məzar zədə alsa da, dağıdılmayıb.

 

Lamiyə Süleymanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!