Modern.az

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”

19 Yanvar 2019, 16:42

“Azərbaycana müxtəlif bəhanələrlə təzyiq etmək, onunla təhdid ritorikasında danışaraq müəyyən xarici dairələrin maraqlarının icraçısı olmağa məcbur etmək cəhdləri nəticəsiz və yersiz fəaliyyətdir. Azərbaycan dövləti və iqtidarı dəfələrlə sübut edib ki, yalnız hakimiyyətin mənbəyi olan Xalqımız qarşısında hesabatlıdır. Azərbaycanı heç bir şəkildə milli və dövlət maraqlarımıza xidmət etməyən fəaliyyətə məcbur etmək, onun təhdid və şantajla qorxutmaq mümkün olmayacaq”.

 

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, M.Hüseynovun özünün aclıq aksiyasını dayandırdığını, vəziyyətinin yaxşı olduğunu, ona qarşı hər hansı təzyiqin olmadığını bildirməsinin, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatlarının da onunla görüşərək bunu təsdiq etməsinin fonunda Avropa Parlamentinin bu davranışı öncədən hazırlanan ssenarinin tərkib hissəsidir:

 

“Görünür, hazırda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan həm iqtisadi, həm də siyasi konstruktiv əlaqələr ölkəmizin uğurlarını həzm edə bilməyən dairələri ciddi narahat etməyə başlayıb. Azərbaycan kimliyindən asılı olmayaraq, hər bir vətəndaşının hüquq və azadlıqlarını müvafiq qanunlar və humanizm prinsipləri əsasında qoruyur. Mehman Hüseynovla bağlı məsələyə də qanunlar çərçivəsində baxılaraq, müvafiq qərar qəbul olunacaq. Mehmanla bağlı hər hansı məhkəmə qərarı olmadan bu məsələ ətrafında şou yaratmaq, tez-tələsik qətnamə qəbul etmək sadəcə Azərbaycana qarşı qərəzin təzahürüdür. 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Ermənistanda girov saxlanılan həmvətənlilərimizlə bağlı susan Avropalı deputatların Mehman Hüseynov hadisəsi üzərindən başımıza “insan hüquqları keşikçisi” kəsilməsi ikrah doğurur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub