Modern.az

Bakıda sərnişin avtobusu qəza törətdi

Bakıda sərnişin avtobusu qəza törətdi

19 Yanvar 2019, 21:01

Paytaxtda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Nobel prospektində, "AMAY" Ticarət Mərkəzinin qarşısında baş verib.

 

İlk qəza zamanı "Bakubus" MMC-yə məxsus 99-JH-251 dövlət nömrə nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində həm minik avtomobilinə, həm də sərnişin avtobusuna maddi ziyan dəyib.

 

Bu hadisədən bir qədər sonra həmin ərazidə 01-BP-868 dövlət nömrə nişanlı texniki xidməti avtomobili də səkiyə çırpılıb. Nəticədə avtomobilin təkəri partlayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!