Modern.az

“Qarabağ” Çexiya klubuna qalib gəldi

“Qarabağ” Çexiya klubuna qalib gəldi

19 Yanvar 2019, 21:26

"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb. Modern.az "Report"a istinadən xəbər verir ki, rəqib Çexiya "Bohemians"ı olub.

 

"Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.

 

Hesabı 24-cü dəqiqədə rəqib komandadan Yakub Nekas açıb. Lakin Filip Ozobiç 36, Donald Gerrye 62, Simeon Slavçev isə 90-cı dəqiqədə fərqlənərək fərqi "Qarabağ"ın xeyrinə dəyişiblər.

 

Qeyd edək ki, "Qarabağ" əvvəlki yoxlama oyununda Macarıstan "Uypeşt"inə uduzub - 0:1. Rumıniya "Botoşani"si ilə qarşılaşma isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb.

 

Yoxlama oyunu

 

19 yanvar

 

18:00. "Qarabağ" - "Bohemians" (Çexiya) - 3:1

 

Qollar: Filip Ozobiç, 36. Donald Gerrye, 62. Simeon Slavçev, 90 - Yakub Nekas, 24.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?