Modern.az

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

19 Yanvar 2019, 21:41

Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

 

Məlumata görə, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.

 

Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.

 

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir