Modern.az

Avropa İttifaqından daha bir ölkəyə sanksiya

Avropa İttifaqından daha bir ölkəyə sanksiya

19 Yanvar 2019, 22:17

Avropa İttifaqının (Aİ) Nikaraquaya qarşı sanksiyaları yaxın gələcəkdə tətbiq ediləcək. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniya Xalq Partiyasının Madriddə keçirilən milli qurultayında çıxışı zamanı Avropa Parlamentinin rəhbəri Antonio Tayani bildirib.

 

Onun sözlərinə görə, Nikaraqua hökuməti "pis yol ilə gedir" və Aİ susmayacaq və buna cavab verəcək.

 

A.Tayani həmçinin Venesueladakı vəziyyətlə bağlı sərt tənqidlə çıxış edib. O, avropalıları aclıq və dərd gətirən Venesuela diktaturasının pislənməsində birliyə çağırıb.

 

Nikaraquada kütləvi aksiyalar ötən ilin aprel ayında hakimiyyət orqanlarının təklif etdiyi sığorta sahəsindəki dəyişikliklərə etiraz əlaməti olaraq başlayıb. Ölkə prezidenti Daniel Orteqa qanuna əlavə və dəyişiklikləri ləğv etsə də, etirazlar sərgimək bilmir. Aksiyalar zamanı 480-dən çox insan həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi