Modern.az

Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

19 Yanvar 2019, 20:00

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrdə 20 yanvar şəhidlərinin xatirəsini yad etmək məqsəd ilə silsilə tədbirlər keçirilib.


Modern.az xəbər verir ki, tədbirlər planına uyğun  olaraq  19 yanvar 2019-cu il tarixdə rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksində ümumrayon anım mərasimi keçirilib.


Rayon icra hakimiyyəti başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. 


Sonra mərasimdə Malik Bağışov adına şəhər 3 saylı tam orta məktəbin şagirdlərin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirilib.

 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir