Modern.az

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR

20 Yanvar 2019, 11:10

"20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş olub"

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkal Özoral deyib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür. "Bu gün matəm günüdür. 1990-ci ilin bu günü qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu Azərbaycanın süverenlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş oldu", - deyə o qeyd edib.

 

Səfir həmçinin əlavə edib ki, 20 Yanvar milli qürur günüdür: "Bu gün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Şəhidləri sayğı ilə anırıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür