Modern.az

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

20 Yanvar 2019, 11:34

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "El Universal" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

 

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilən vaxt baş verib. Hadisə zamanı ərazidə 350 yerli sakin olub.

 

Bir sıra ölkələrin rəhbərləri ölənlərin yaxınlarna başsağlığı verib. ABŞ Meksika hökumətinə dəstək verməkdə və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməkdə hazır olduğunu bildirib.

 

Daha əvvəl partlayış zamanı 66 nəfərin öldüyü xəbər verilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır