Modern.az

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Bakıda piyada keçidində vurulan qadın həkimdir

20 Yanvar 2019, 11:39

Yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.


Modern.az saytının məlumatına görə, piyada keçidində avtomobilin qurbanı olan Lalə Sadayzadə Mərkəzi Klinik Xəstəxananın həkim-kardioloqudur.

Məlumatı Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev də təsdiqləyib. Lalə Sadayzadə iki ay öncə -  2018-ci il noyabrın 24-də ailə həyatı qurmuşdu.


Allah rəhmət eləsin...

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır