Modern.az

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO

20 Yanvar 2019, 13:45

Bu gün Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş qanlı hadisələrin 29-cu ilini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edir.

 

Modern.az xəbər verir ki, minlərlə insan şəhidlərimizin məzarına qərənfil dəstələri düzür, onların xatirəsini ehtiramla yad edir.

 

Böyük izdiham içində Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olar.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana yeridildi.
Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, şəxsi və dövlət əmlakı dağıldı.

 

Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

 

Foto: İsmət PAŞA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır