Modern.az

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

20 Yanvar 2019, 14:59

1990-cı il 20 Yanvarı, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Həmin gün törədilən dəhşətli qırğın xalqımız azadlıq əzmini sındırmadı, əksinə, Azərbaycan xalqı haqq səsini daha ucadan bəyan etdi. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

 

29 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgaha çevrilib. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər birimiz üçün əzizdir. Hər il bu tarixdə Şəhidlər xiyabanında böyük izdiham yaşanır.

 

Modern.az xəbər verir ki, Yanvarın 20-də Mədəniyyət Nazirliyinin kollektivi də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər. Şəhidlərin xatirəsi  yad edilib, məzarları önünə tər qərənfillər düzülüb.

 

Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır