Modern.az

Bakıda sərnişin avtobusu qəza törətdi

Bakıda sərnişin avtobusu qəza törətdi

20 Yanvar 2019, 21:42

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında baş verib.

 

Belə ki, 15 saylı sərnişin avtobusu təxminən 58-60 yaşlı qadını vurub. Hadisə nəticəsində piyadanın ayağı sınıb. Yaralı təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

 

Daha əvvəl paytaxtın Sabunçu rayonunda avtobus piyadanı vuraraq öldürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir