Modern.az

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Rusiya Yaponiya arasında GƏRGİNLİK

20 Yanvar 2019, 22:01

“Yaponiya baş naziri Sindzo Abenin Kuril adaları barədə iddiaları dilə gətirməsi Moskvada tərəflər arasında keçiriləcək danışıqları daha da mürəkkəbləşdirib”. Modern.az xəbər verir ki, bu barədə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov “Rossiya 1” kanalına verdiyi müsahibədə deyib.

“Yaponlar müzakirə prosesini çətinlədirdilər, bu, dəqiqdir”, - deyə Uşakov vurğulayıb.

Qeyd olunur ki, Sindzo Abenin Moskva səfəri yanvarın 22-də baş tutmalıdır. Burada onun Rusiya dövlət başçısı Vladimir Putinlə bir sıra məsələləri, o cümlədən iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.

 

Musavat.com-un məlumatına görə, Yaponiya baş naziri bir neçə dəfə Kuril adaları problemini və Rusiya ilə sülh sazişi məsələsini qaldırıb. O, hətta atasının qəbri üstündə Kuril adaları barəsində Moskva ilə danışıqları nəticələndirməyə and içib və hazırkı ilin sülh haqqında anlaşma üçün kulminasiya xarakteri daşıyacağını söyləyib.

 

Yaponiya rəhbərliyinin bundan ötrü ada əhalisinin də fikrinin alınması barədə dedikləri Moskvanın xoşuna gəlməyib və ruslar rəsmi Tokionun özünü həddən artıq kobud apardığını qeyd ediblər.

 

Xatırladaq ki, Rusiya və Yaponiya arasında 70 ildən çoxdur ki, sülh sazişi bağlanmayıb. Yəni formal olaraq onlar hələ də müharibə vəziyyətində sayılırlar. Rəsmi Tokio müqavilənin imzalanmasının əsas şərti olaraq İturup, Kunaşir, Şikotan və Xabomai adlandırdığı adaların ona verilməsini tələb edir.

 

Rəsmi Moskva isə adaların İkinci dünya müharibəsindən sonra SSRİ-yə keçdiyini bildirir və Rusiyanın adadakı suverenliyinin şübhə altına alınmayacağını bəyan edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub