Modern.az

Ağstafada yanğında xəsarət alan qadın öldü

Ağstafada yanğında xəsarət alan qadın öldü

20 Yanvar 2019, 23:09

Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

 

Üç ailənin yaşadığı 1 mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi