Modern.az

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

20 Yanvar 2019, 23:36

“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar. Modern.az xəbər verir ki, növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub. Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.

 

Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub.

 

Səkkizinci turun oyunları davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir