Modern.az

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib

21 Yanvar 2019, 09:59

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşaviri təyinatı olub.

Nazirlikdən Modern.az-a bildirilib ki, Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışacaq.

Nazirin yeni müşaviri yanvarın 21-dən vəzifəsinin icrasına başlayıb.

M.Abbasbəyli 1980-ci ildə Gəncədə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq hüquq” ixtisası üzrə, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb. 2001-2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistratura pilləsində ali təhsil alıb.

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutuna aspirant olaraq daxil olub, 2009-cu ildə elmi iş müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-cü ildən "Standard Insurance" sığorta şirkətində baş hüquqşünas kimi fəaliyyətə başlayıb, sonralar sədr müavini vəzifəsinədək yüksəlib. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.

2015-ci ildən 2018-ci ilədək "Caspian European Club"ın İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və gömrük komitəsinin sədri, klubun baş direktoru vəzifələrində çalışıb.

2016-cı ilin aprel ayından "Beyli Group" şirkətinin baş direktoru, 2018-ci ilin yanvar ayından isə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri idi..

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir