Modern.az

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı

21 Yanvar 2019, 10:02

Daxili İşlər Nazirliyi (DİN) son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb. 


Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən verilən məlumata görə, yanvarın 19 və 20-də ölkədə 208 cinayət faktı qeydə alınıb, onların da 51-i “isti izlər”lə açılıb. 

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub