Modern.az

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 

Aktual

21 Yanvar 2019, 10:33

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə yeni sədr təyin edilib. 

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, bununla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib.

Qərara görə, Azər Əliyev ASA-nın yeni sədri təyin edilib. O, həm də “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

Qeyd edək ki, bu ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir