Modern.az

Ağstafada 20 Yanvar şəhidləri anıldı

Ağstafada 20 Yanvar şəhidləri anıldı

21 Yanvar 2019, 10:00

20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Ümumxalq hüzn günündə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbirdə qan yaddaşına əbədi həkk olunmuş  20 yanvar faciəsinin şəhidləri  bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoydular. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edildi. Mərasim həzn musiqi sədalarının müşaiyəti ilə keçirildi.  Cənab Məhərrəm Quliyev şəhid ailələrinin üzvləri ilə görüşərək onlara dərin hüznlə baş sağlığı verdi. Şəhid ailələrinin məişət qayğıları ilə maraqlanan İcra başçısı bildirdi ki,  “Şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Qeyd edildi ki, şəhid ailələri birdəfəlik müavinət və təqaüd alır o cümlədən, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər.

Həmçinin bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun qəbri, Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri ziyarət edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir