Modern.az

Türkiyədə kürd qiyamları

Türkiyədə kürd qiyamları

13 Dekabr 2009, 18:58

Türkiyədə kürdlərin Demokratik Toplum Partiyasının Konstitusiya Məhkəməsi tərəfindn bağlanmasından sonra kürd əhalisinin hökumətin bu qərarına etiraz aksiyaları səngimək bilmir. Modern.az-ın Türkiyə mətbuatına istinadən yadığı məlumata əsasən parlamentdə kürd əhalisinin maraqlarının müdafiəçisi olan yeganə partiyanın qapadılması və onun fəallarının siyasətlə məşğul olmasına qadağa qoyulmasından sonra Demokratik Toplum Partiyasınn lideri Əhməd Türk mətbuat konfransı keçirərək DTP-nin Böyük Millət Məclisini tərk edəcəyini bəyan edib.  Əhməd Türk deyib ki, partiyaların bağlanılması ilə kürd probleminin həllinə nail olmaq mümkün deyil.

Türkün sözlərinə görə, Konstutusiya Məhkəməsinin DTP-ni qapatmaq qərarı siyasi qərardır. "Nəyə görə ifrat mlliyyətçi Milli Birlik partiyasını deyil, hər zaman demokratiya və bərabərlik tərəfdarı olan partiyanı  bağlayırlar? Türklər və kürdlər  nifrəti unutmalı və ölkənin bütün problemlərini birlikdə həll etməlidirlər".

DTP partiyasını təmsil edən millət vəkilləri parlamentdən çıxacaqlarını elan ediblər. 

Bu bəyanat Türkiyənin əsasən kürdlər yaşayan  şəhər və rayonlarında iğtişaşları  bir qədər də qızışdırıb.

Hakkaridə ölkənin şərqində DTP tərəfdarları polis şöbəsinə basqın ediblər. Yerli polis əməkdaşı azmış kütlə tərəfindən az qala linc olmaq təhlükəsi ilə üzləşib.Eyni hadisələr Çixır və Van, Ankara kimi şəhərlərdə də baş verib.  Etiraz aksiyalar və iğtişaşlar gedişində onlarla kürd həbs olunub.  Ölkənin Anadolu vilayətində isə PKK terroruna lənət aksiyası keçirilib.  

  

Çox maraqlı haldır ki, DTP-nin Konstiutusiya məhkəməsi tərəfindən bağlanmasından sonra separatçı partiya xaricdən ABŞ və Avropa Birliyinə daxil olan bir sıra ölkələrdən dəstək alıb.

Avropa İttifaqı qərarla bağlı öz narahatlığını bildirib.

“Terrorçuluq və zorakılığı pisləməklə yanaşı, partiyaların qadağan edilməsində müstəsna ehtiyat göstərilməlidir” - deyə  Avropa İttifaqı adından verilmiş bəyanatda bildrilir.

Avropa parlamenti DTP-nin qapadılmasını demokratikləşmə üçün geri addım kimi qiymətləndirib. Türkiyə - Avropa Parlament komissiyasının təmsilçisi Ria Oomen-Ruijten   qərarı demokratik açılıma sabotaj adlandırıb.   

 

Bu mensaj isə kürdlərin etiraz aksiyalarını daha da genişləndirməyə stimullaşdırıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir