Modern.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Aktual

21 Yanvar 2019, 12:54

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üzərindəki qara gödəkçənin arxa astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 146 qram olan, tünd qəhvəyi rəngli narkotik vasitə - heroin və üzərində "M40" yazılı 37 ədəd metadon adlı həb aşkarlanıb.

 

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?