Modern.az

İnam Kərimov bir neçə rayondan olan şikayətləri dinləyəcək

İnam Kərimov bir neçə rayondan olan şikayətləri dinləyəcək

21 Yanvar 2019, 14:12

Kənd təsərrüfatı naziri İnam Kərimov  25 yanvar 2019-ci il tarixdə, saat 11:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.  

Modern.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?