Modern.az

Afaq Məsudun kitabı Misirdə nəşr olundu

Afaq Məsudun kitabı Misirdə nəşr olundu

21 Yanvar 2019, 16:40

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub. Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza” , “Can üstə” , “Dovşanın ölümü” kimi hekayələri daxil edilib.

 

Modern.az xəbər verir ki, əsərləri ərəb dilində Azərbaycanşünas alim Dr. Əhməd Sami El-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri,  “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi