Modern.az

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı

21 Yanvar 2019, 16:59

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimova haqqında Azərbaycan dilində “Vikipediya”dakı məlumat 8 dilə tərcümə olunub.

Kitabxanadan Modern.az-a bildiriblər ki, MEK-in sərbəst elektron resurslar şöbəsinin nəzdindəki “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Ukrayna, ingilis, ispan, türk, italyan, yunan,rus,alman dillərində olan “Vikipediya”larda bəstəkar haqqında məqalələr yaradılıb. Məqalələrdə görkəmli sənətkarın həyatı, yaradıcılığı, əsərləri barədə ətraflı məlumat verilir. Qeyd edək ki, yanvarın 10-u bəstəkarın doğum günü idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır