Gürcüstanda “donuz qripi”ndən daha bir nəfər ölüb. Modern.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın Kutaisi şəhərində 32 yaşlı qadın “donuz qripi”ndən ölüb.
Qadının A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub. Adı açıqlanmayan həmin qadının bu yaxınlarda ana olduğu bildirilir.
Beləliklə, qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb.