Modern.az

Yanan gəmidə ölü sayı 11-ə çatdı - YENİLƏNİB, VİDEO

Yanan gəmidə ölü sayı 11-ə çatdı - YENİLƏNİB, VİDEO

21 Yanvar 2019, 23:58

Kerç boğazı ərazisində iki gəmidə baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Dəniz Donanması məlumat yayıb.

 

Məlumata görə, hadisə zamanı daha 12 nəfərin xilas edilib.

 

 

***

 

Kerç boğazı ərazisində iki gəmidə baş verən yanğın nəticəsində 9 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yanıq xəsarəti alıb.

 

Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyindən verilən məlumata görə, 9 nəfərin cəsədi sudan çıxarılıb.

 

***

 

Kerç boğazında iki gəmidə yanğın olub. Modern.az xəbər verir ki, bu barədə Rusiya Dənizçilik Agentliyi məlumat yayıb.

Məlumata görə, gəmilərdən birində 17, digərində isə 14 nəfər var.  Tanzaniya bayrağı altında üzən gəmilərdə Türkiyə və Hindistan vətəndaşlarının olduğu bildirilib.

Bildirilir ki, gəmilərdən biri partlama təhlükəsi ilə üz-üzə qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır