Modern.az

Ərdoğanın Rusiyaya səfər proqramı açıqlandı

Ərdoğanın Rusiyaya səfər proqramı açıqlandı

21 Yanvar 2019, 23:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər proqramı açıqlanıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın  Rusiyaya işgüzar səfəri 23 yanvarda olacaq. Səfər zamanı Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək.

 

Proqram çərçivəsində iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş keçiriləcək. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, Ərdoğanın bu səfərdə əsas məqsədinin Türkiyə ordusunun Suriyada hazırlaşdığı əməliyyatın bəzi nüanslarını razılaşdırmaq olduğu bildirlirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi