Modern.az

Almaniyadan digər Avropa ölkələrinə  8.6 min qaçqın göndərilib

Almaniyadan digər Avropa ölkələrinə  8.6 min qaçqın göndərilib

22 Yanvar 2019, 00:29

Almaniyadan digər Avropa ölkələrinə rekord sayda qaçqın göndərilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Miqrasiya və Qaçqınlar Ofisi (BAMF) məlumat yayıb.

Məlumata görə, Almaniya hökuməti 2018-ci ilin yanvar – noyabr aylarında sığınacaq üçün ərizə verən 8,6 min nəfərdən çoxunu Avropa İttifaqı (Aİ) üzvü olan digər ölkələrə göndərib: “Bu, Avropa İttifaqı çərçivəsində deportasiyalar baxımdan Almaniya üçün rekord rəqəmdir. Belə ki, 2017-ci il ərzində 7102 nəfərə qarşı 2018-ci ilin 11 ayında 8658 nəfər ölkədən deportasiya olunub. Bu müddətdə Aİ ölkələrinə 51,5 min ərizə göndərib, bunlardan 35 mini qəbul edilib”.

Digər tərəfdən, Aİ üzvü olan digər ölkələrdən Almaniyaya 7205 miqrant göndərilib ki, bunların yarısından çoxu Yunanıstanın payına düşür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi