Modern.az

Ruhani internetə qadağa qoyulmasını PİSLƏDİ

Ruhani internetə qadağa qoyulmasını PİSLƏDİ

22 Yanvar 2019, 10:23

“Göy üzündən səlahiyyətləndirildiyimizi və buna görə yer üzündəkilər haqqında əmirlər çıxara biləcəyimizi zənn edirik. Ancaq belə bir şey yoxdu”.

 

Modern.az xəbər verir ki, bu sözləri Tehranda rabitə və elm texnologiyaları naziri Məhəmməd Cavab Azəri Cehromi və nazirlik səlahiyyətləri ilə bir araya gələn İran Prezidenti Həsən Ruhani deyib.

“Yeni texnologiyalarda bir çox faydaya qarşı məhdud təhlükələr var, ancaq texnologiya xalqın həyat tərzindən çıxarılmayacaq. Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğrudur, nə də qanunidir. Cəmiyyətin iradəsinə qarşı mübarizə aparmarıq. Texnologiyaya qarşı çıxmaq geridə qalmış bir yanaşmadır”.

Ruhani bildirib ki, insanlar İP dəyişdirən proqramlarla internetə qoyulan qadağaları aşdığını və əngəllərin uğursuz oldu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!