Arxiv
22 Yanvar 2019, 12:23 | MƏDƏNİYYƏT
ABŞ-da yaşayan Azərbaycanın Əməkdar artisti...  

Xalqın adından danışmağa haqqım yoxdur, amma bir azərbaycanlı kimi özümü ona borclu bilirəm. Azərbaycan mədəniyyətinin təbliğində o qədər işlər görüb ki, söhbətimi haradan başlayıb, harada bitirəcəyimə çətinlik çəkirəm…

Deyir ki,- "21 ildir Azərbaycandan çıxsam da, Azərbaycan sevdası məni tərk etmədi ki, etmədi"…

Haqqında söhbət açdığım Telman Cəlilov 1957-ci ildə Sumqayıt şəhərində doğulub. 1976-cı ildə orta təhsilini başa vurduqdan sonra bir il zavodlardan birində çalışıb. 1977-ci ildə orduya çağrılıb. 1979-cu ildə ordudan qayıtdıqdan sonra Sumqayıt Mədəniyyət şöbəsində rəqs müəllimi kimi fəaliyyətə başlayıb. Burada işləyə-işləyə Mirzağa Əliyev adına İncəsənət institutunun qiyabi şöbəsinə qəbul olunub. 1989-cu ildə institutun sonuncu kursunda oxuyarkən onu həmin elm ocağına müəllim kimi işə götürüblər. 1993-cü ilədək orada "Səhnə hərəkəti kafedrası"nda rəqs quruluşu və səhnə hərəkəti fənnindən dərs deyib. Eyni zamanda, Sumqayıt Dövlət Dram Teatrının baletmestri işləyib. Məvacibi az olduğundan ölkəni tərk etmək məcburiyyətində qalıb. Beş il qardaş Türkiyənin İstanbul şəhərində yaşayıb. Orada Azərbaycan milli rəqs qrupunu yaradıb və ABŞ-a gələnədək həmin qrupa rəhbərlik edib. 

1998-ci ildən Nyu York şəhərində yaşayır... 

Deyir ki,- "Təzə gəldiyim vaxtlarda əvvəl-əvvəl Tomris Azərinin rəhbərlik etdiyi təşkilatın tədbirlərində tez-tez iştirak edirdim. Sonra Əli Nəsibovun rəhbərlik etdiyi "Azərbaycan - Nyu York Assosiyasiyası" tərəfindən təşkilatın mədəniyyət şöbəsinə rəhbərlik etməyə dəvət olundum. 2011-ci ilədək bu ictimai vəzifədə çalışdım"…

...Azərbaycan teatrının tarixində ilk dəfə olaraq Musiqili Komediya Teatrını Nyu Yorka dəvət edir. Teatrın hazırladığı əsərin tamaşasında həmyerlimizi bir araya gətirir…

Bir az keçir "Soydaş" rəqs ansanblını yaradır. Azərbaycan Milli Teatrını təsis edir. M.F.Axundovun anadan olmasının 200 illiyi münasibəti ilə "Müsyo Jordan və dərviş Məstəli şah" əsərini səhnələşdirərək nümayişini keçirir…

Arzuları böyük olduğundan 2012-ci ildə rəsmi müraciətlə "Nyu York - Azərbaycan Mərkəzi"ni yaradır və həmin təşkilatın prezidenti olur. Elə o vaxtdan da var qüvvəsi ilə Azərbaycan mədəniyyətinin təbliğinə başlayır. Milli və rəsmi bayramlarımızda müxtəlif yerlərdə musiqili-əyləncəli tədbirlər keçirir. Hər dəfə də yaratdığı "Soydaş" ansamblı bu tədbirlərə milli rəqsləri ilə rəng qatır. Azərbaycan rəqslərinin gözəlliyinə amerikalıları heyran qoyur…

2015-ci ildə Novruz bayramında, möhtəşəm bir tədbir keçirməyə nail olur. Üçrəngli bayraqlarımızla bəzədilmiş maşın karvanı, önündə də Dədə Qorqud at belində Nyu Yorkun mərkəzi küçələrindən birindən keçir. Şəhər sakinləri böyük maraqla bu bayram nümayişini izləyir…

Rəhbərlik etdiyi "Azərbaycan Milli Teatrı" hazırda "Dirijor" komediyasının məşqlərini aparır. Yaxın aylarda həmin tamaşanın ilk nümayişi olacaq…

Dəfələrlə açıq havada "Bakı gecələri" adlı tədbir keçirib. Bu tədbirlərə azərbaycanlılarla yanaşı amerikalıları da dəvət edib…

...1980-1981-ci illərdə sovet respublikaları və ümumdünya rəqs festifallarının laureatı olub. 1989-cu ildə Azərbaycanın “Əməkdar artisti" fəxri adına layiq görülüb…

…Üç oğlu var, üçünü də ev-eşik edib. İkisi Minnesota ştatında, biri isə Nyu York şəhərində yaşayır. Olduqca işgüzar, qayğıkeş, mehriban olan bu soydaşımızın Azərbaycan mədəniyyətinin amerikalılar arasında təbliğində misilsiz xidmətləri var. Onunla tanışlığımızdan çox məmnun qaldım…

Deyir ki,- "Ən böyük arzum, Nyu Yorkda azərbaycan dilində radio yaratmaqdır. İstəyirəm ki, "Danışır Azərbaycan radiosu" sözləri Amerikada da səslənsin"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13 Əfsanəvi Raqif Orucova həsr olunmuş “Komandir”in təqdimatı oldu - VİDEO 20 Aprel 2019, 13:09  “Aprel fədailəri” yad olundu 20 Aprel 2019, 13:08