Modern.az

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı

Aktual

22 Yanvar 2019, 13:59

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi şossesində qeydə qalınıb. Qəzaya səbəb isə avtomobillərdən birinin əks yola çıxması olub.

 

Şahidlərin sözlərinə görə, 99 BT 931 nömrə nişanlı "Mercedes E-class" markalı avtomobil mərkəzə doğru hərəkətdə olarkən, onun yoluna çıxan "Mercedes C-class" avtomobili ilə toqquşub. Nəticədə sözügedən yolda uzun tıxac yaranıb.

Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır