Modern.az

Ərəb brakonyerlər 4330 manat cərimələndi

Ərəb brakonyerlər 4330 manat cərimələndi

22 Yanvar 2019, 14:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən İmişli rayonunun Xəlfəli kəndinin yaxınlığında icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

 

Modern.az xəbər verir ki, brakonyerlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Suhail Ali Obaid Dhaher Almuharrami və Mubarak Mohammed Salem Balmur Alameri olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunub və onlara ümumilikdə 4330 manat məbləğində cərimə tətbiq edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülərək təbiətə buraxılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi