Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, iclasda Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılacaq.
Əldə etdiyimiz məlumata görə, Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi dəyişdirilməyəcək.
Komissiyanın tərkibinə yenidən deputat Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelinin daxil ediləcəyi gözlənilir.
Bundan əlavə, yaz sessiayasının ilk iclasında Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Eyni zamanda, bir neçə qanun layihəsi müzakirə ediləcək.
Ümumiyyətlə isə yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış Milli Məclisin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.
Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və Milli Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.
Milli Məclisin sədrinin seçkiləri keçirilərkən Milli Məclisin sədrliyinə göstərilmiş hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir üzv daxil edə bilər. Hesablayıcı komissiyanın bu üzvləri yalnız Milli Məclisin sədrinin seçkiləri zamanı komissiyanın üzvü olurlar.
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
İraq İrana neft ixracatını dayandırıb
Gimnastımız Dünya Kubokunun finalına çıxdı
ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır"
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
Vida günü deyə bilmədiklərim...
Baş redaktora ağır itki üz verdi
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
Axtarışda olan 29 nəfər saxlanıldı
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
Baytarlıq Xidməti xəstəliklərə görə toplandı
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
Azərbaycan çaylarında son durum...
Tramp Türkiyəyə yeni səfir təyin etdi
Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
Silahlı hücumda 66 nəfər öldürüldü
Paytaxt sakini mənzilində yanaraq öldü
Azərbaycan nefti bahalaşıb
Bakıda gənc qız itkin düşdü
Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab
Daha 17 uşaq qızılcaya tutuldu
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
Şamaxıda yenidən vulkan püskürdü
Özünü asan qızı polislər xilas etdi
Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı
ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir
Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR
Hindistan Pakistandakı səfirini geri çağırdı
Almaniya müdafiə xərclərini artırır
Nazir günərzi qayğı mərkəzində - FOTOLAR
Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar
Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq
İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb
Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları
Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək
Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb
Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu
Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi
Sendviç oğurlayan deputat mandatından imtina etdi
Şərh yaz