Arxiv
22 Yanvar 2019, 16:38 | MÜSAHİBƏ
Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ  

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsimninin şərəfinə “Nəsimi ili” elan olunub. Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunacaq. 

Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğrur.

Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə tənzimlənir.

Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov Modern.az-a müsahibə verib:

- Cənab səfir, bildiyiniz kimi, 2019-cu il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Nəsimi ili” elan olunub. Sərəncamı necə qiymətləndirirsiz? Səfirlik olaraq, Nəsiminin məzarına nəzarət edə bilirsizmi?

- Əvvəla, cənab Prezidentin sərəncamını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu çox yaxşı təşəbbüsdür. Qaldı ki, Nəsiminin məzarına nəzarət etməyimizə, hazırda Suriyada onun qohumlarının yaşadığını deyə bilərəm. Bildiyiniz kimi, Suriya münaqişə ocağıdır. Açığı, Nəsiminin məzarının olduğu yerə gedib-gəlməyimiz çətindir. Ora səfər etməyimiz bir qədər müşkül məsələdir. Sadəcə, onu söyləyə bilərəm ki, bu günə kimi Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır.

- Vaxtaşırı qohumları ilə əlaqə saxlayıb, real vəziyyət barədə informasiya əldə edə bilirsinizmi?

- Əlbəttə. Bu barədə onun varisləri  ilə söhbətlərimiz olur. Onlar da Nəsiminin məzarının normal vəziyyətdə olduğunu söyləyirlər. Təbii ki, münaqişə ocağı olan ərazidən söhbət gedir. Buna baxmayaraq, məzar dağıdılmayıb. Ona görə də nisbətən normal vəziyyətdə olduğunu söyləmək olar. Həmçinin, Suriyaya gediş-gəlişimiz olmasa da, Nəsiminin qohumları ilə Livanda görüşə bilirik. Çünki Bakıdan birbaşa Suriyaya hava uçuşu yoxdur. Suriyadan Azərbaycana gəlmək istəyənlər belə, Livan ərazisindən keçərək səfərlərini həyata keçirirlər.

- 2019-cu ilin “Nəsimi ili” elan olunması Nəsiminin məzarının Azərbaycana gətirilməsi iddialarını da gündəmə gətirdi. Tarixçilər, ədəbiyyatşünaslar bunun doğru olmadığını bildiriblər. Siz necə düşünürsüz? Nəsiminin məzarı Azərbaycana gətirilməlidirmi?

- Səfirlik olaraq Nəsiminin məzarının Azərbaycana aparılmasını düşünmürük. Səfirlik də dövlət qurumudur. Cənab prezidentin, yaxud da Nazirlər Kabinetinin sərəncamı olarsa, Xarici İşlər Nazirliyi tərəfindən hər hansı göstəriş verilərsə, onu yerinə yetirəcəyik. Qaldı ki, Nəsiminin məzarının Azərbaycana aparılmasının münasib olub-olmamasına, düşünürəm ki, bu barədə alimlər nəsə deyə bilərlər.

- Maraqlıdır, Nəsiminin varisləri 2019-cu ilin “Nəsimi ili” elan olunmasına necə reaksiya verdilər? Bakıya gəlməyi düşünürlərmi?

- Nəsiminin varisləri əlamətdar hadisədən xəbərdardırlar. Bütün lazımi məlumatlar onlara ötürülüb. 2018-ci ilin sentyabrında Azərbaycanda Humanitar Forum keçirilmişdi. Həmin Forumda Nəsiminin qohumları da iştirak edib. Bakıda olarkən bu barədə onlarla ətraflı söhbət də aparılıb. Hazırda onların 2019-cu ildə Azərbaycana səfər edəcəkləri barədə nəsə söyləyə bilmərəm. Güman ki, Azərbaycanda hər hansı beynəlxalq tədbir keçiriləcəyi təqdirdə onlar da dəvət olunacaq və Nəsiminin yadigarları olaraq bu dəvətdən məmnuniyyətlə istifadə edəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45