Modern.az

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  

22 Yanvar 2019, 16:44

“Fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisina başlanacaq”. Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bildirib.

V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:

"Taksi sayının yuxarı həddi müəyyən olunub. Hazırda müəyyən istiqəmətlərda qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mini keçmir. Demək geri qalanlar qanunsuz olaraq fəaliyyət göstərir".

BNA rəsmisinin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləsdirilib:

"Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar, amillər nəzərə alınıb. Bura sərnişin axınından tutmuş təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir. Həmin dayanacaqların asfalt örtüyü dəyişdirilməli, mühəccərlər və panduslar quraşdırılmalıdır. Bundan sonra taksilər yalnız həmin dayanacaqlarda tam qanuni fəaliyyət göstərəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir