Modern.az

Marşrut daşıyıcılarının sayı azaldılıb

Marşrut daşıyıcılarının sayı azaldılıb

22 Yanvar 2019, 18:13

Bakıda marşrut daşıyıcılarının sayı azaldılıb.

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli "qanunsuz parklanmaya qarşı intellektual nəzarət sistemi kameraları quraşdırılan küçələrdə nəqliyyat şəraitinin müqayisəli təqdimatı"nda deyib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı zaman 57 daşıyıcı fəaliyyət göstərirdi:

"Hazırda isə onların sayı 36-ya endirilib. Hazırda Bakıda 270 "BakuBus" avtobusları fəaliyyət göstərir".

V.Kərimli qeyd edib ki, hazırda "BakuBus" MMC-nin tabeliyində 300 avtobus var: "Onlardan 270-i fəaliyyət göstərir, 30-u isə ehtiyatdadır. Ümumilikdə isə Bakıda 2100 avtobus fəaliyyət göstərir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir