Modern.az

ATƏT PA Mehman Hüseynovla bağlı son addımları alqışlayır

ATƏT PA Mehman Hüseynovla bağlı son addımları alqışlayır

22 Yanvar 2019, 20:27

57 dövlətin üzv olduğu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseriteli bloger Mehman Hüseynovla bağlı atılan addımı alqışlayıb. 


Modern.az xəbər verir ki, bu haqda ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.

 

Georgi Tseriteli bildirib ki, "prezident İlham Əliyevin Mehman Hüseynovun işinə şəxsən diqqət yetirməsi məni çox sevindirdi". 

ATƏT PA-nın prezidenti G. Tsereteli deyib:

"Bir il əvvəl Mehman Hüseynovu ziyarət edər
kən, onun həbsxana şəraitini müşahidə etdim və onun tezliklə azad ediləcəyini ümid etdim. Dekabr ayında ona qarşı yeni ittihamların irəli sürülməsi mənim dərin narahatlılığıma səbəb oldu və mən bu cinayət işinə xitam verilməsinə çox şad oldum. Mən onun işini yaxından izləyirdim və müntəzəm olaraq parlamentdəki həmkarlarımla və Azərbaycanın bir sıra hakimiyyət orqanları, o cümlədən prezident İlham Əliyevlə müzakirələrimdə də məsələni qaldırdım və bu işə ölkə başçısının şəxsən diqqət yetirməsi məni çox sevindirdi".

Tsereteli əlavə edib ki, Azərbaycanda demokratik islahatlar, xüsusən KİV azadlığı və vətəndaş cəmiyyətinin qatqısını artırmaq üçün şəraitin yaradılması davam etdirilməlidir.


Həmçinin bildirilib ki, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev də Mehman Hüseynovla bağlı yanvarın 12-də açıqlama verərək bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları ilə müzakirə aparıb və işin obyektiv araşdırılmasını xahiş edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir