Modern.az

Prezident sarayının yaxınlığındakı bank qarət olundu

Prezident sarayının yaxınlığındakı bank qarət olundu

Aktual

22 Yanvar 2019, 21:34

Fransanın paytaxtı bank qarət olundu. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qarət hadisəsi Parisdə prezident sarayının yaxınlığında törədilib.

 

Məlumata görə, günorta saatlarında dörd silahlı şəxs banka daxil olub, əməkdaşların əl-qolunu bağlayaraq seyfləri boşaltmağa başlayıb.

 

30 seyfi boşaltdıqdan sonra soyğunçular hadisə yerindən uzaqlaşıb. Qarət olunan məbləğ açıqlanmır.

 

Bankın əməkdaşları 3 saata yaxın bağlı qaldıqdan sonra, polis tərəfindən azad edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar